İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı postuna qayıdır.
Azpost.info bildirir ki, bu barədə tanınmış siyasi təhlilçi Azər Rəşidoğlu məlumat verib.
“Məndə olan məlumata görə, Müsavatın növbəti qurultayında İsa Qəmbər başqanlığa qayıda bilər”-deyə ekspert bildirib.
Partiya üzvləri bununla bağlı İsa Qəmbərə müraciət ediblər.
Qeyd edək ki, Müsavatın doqquzuncu qurultayı 2019-cu il oktyabrın 13-də keçirilib.
Müsavat Partiyası 1911-ci ildə yaradılıb. Onun yaradılması prosesində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadə də yaxından iştirak edib. 1920-ci il, sovet işğalından sonra bu partiya, əsasən, mühacirətdə fəaliyyət göstərib.
1992-ci ildə Müsavat Partiyasının yenidən təşkili ilə bağlı Bərpa mərkəzi yaradılıb. Azərbaycan Milli Məclisinin o vaxtkı sədri İsa Qəmbər partiyanın başqanı seçilib. 1993-cü ildən partiya müxalifətdədir.
2014-cü ilə kimi partiyaya İ.Qəmbər rəhbərlik edib. 2014-cü ildə partiyanın VIII qurultayında Arif Hacılı başqan postuna seçilib.