İsgəndər Həmidov vəfat etməyib, reanimasiyadadır –

Qardaşı oğlu açıqlama verdi
06 Fevral 2020 - 01:01

Keçmiş daxili işlər naziri İsgəndər Həmidov uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişdiyi xəbəri yayılıb. 

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl İ. Həmidovun qardaşı Sərdar Həmidovun jurnalist oğlu Şəhriyar Məcidzadə ilə əlaqə saxlayıb.

Şəhriyar Məcidzadə xəbərin yalan olduğunu bildirib.

Sabiq nazir CİTİ Hospitalda reanimasıyadadır.

Jurnalist Əvəz Zeynallı xəbərlər bağlı açıqlama yayıb.

“İndi də İsgəndər bəyin yaxınları ilə əlaqə saxladım. Öncə qardaşı oğlu Şəhriyar Məcidzadə ilə danışdım. Şəhriyar bəy xəbəri təkzib etdi. İsgəndər bəyin oğlu Məcid bəy də durumun çox ağır olduğunu, amma atasının yaşadığını bildirdi. Hazırda İsgəndər Həmidovun müalisə aldığı “City” hospitalla əlaqə saxlanıldı. Növbətçi həkim Məhəmməd Səfərovun verdiyi məlumata görə, İsgəndər bəyin durumu sabit ağır olaraq qalır, amma başqa bir dəyişiklik yoxdur”.