İsrail aviasiyası Yəməndə husilərin nəzarətində olan Hudeyda dəniz limanına hücum edib.
Bu barədə “Al Jazeera“ telekanalı məlumat yayıb.
Qeyd edilir ki, hücum nəticəsində liman terminalındakı neft çənlərindən biri yanıb.
“Al Mayadeen” telekanalının məlumatına görə isə, İsrail aviasiyası Hudeyda limanına 10-dan çox zərbə endirib, həmçinin şəhərdəki hava limanına və elektrik stansiyasına hücum edib.
İsrailin husilərin nəzarətində olan Yəmənin Hudeydə şəhərinə endirdiyi zərbələr nəticəsində azı 4 nəfər ölüb, 29 nəfər yaralanıb.
Bu barədə husilərin formalaşdırdığı hökumətdəki Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib.