İsrail İranda məşhur “Həzrəti Yusif” filminin çəkiliş meydanı kimi istifadə olunmuş hərbi bazaya zərbə endirib.
Azpost.info bildirir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumata görə, hücumun hədəfi olan bazanın İslamşəhrdəki Fəth bazası olub. Bu baza boşdur və yalnız kino çəkilişi üçün istifadə olunur. Orada “Yusif peyğəmbər” serialı çəkilib.
Qeyd edək ki, İsrail HH -si İranda üç əyalətdə: Tehran, Xuzistan və İlamda hərbi hədəflərə hücum edib.
İran ordusunun özü bildirib ki, İranın hava hücumundan müdafiə qüvvələri “bu təcavüzkar hərəkətləri dəf edib”, lakin əlavə edib ki, bəzi obyektlərə “məhdud ziyan” dəyib.