İsrail səfiri “Təbrizin sehirli nağılları”nın müəllifinin vəfatı ilə bağlı başsağlığı verib

İsrailin Azərbaycandakı səfiri Corc Dik “Təbrizin sehirli nağılları” kitabının müəllifi, professor Cəmilə Həsənzadənin vəfatı ilə bağlı başsağlığı verib.

Diplomat bu barədə Tvitter hesabında paylaşım edib.

Qeyd edək ki, ömrünü Təbrizin miniatür sənətinin tədqiqinə həsr etmiş sənətşünaslıq doktoru, professor Cəmilə Həsənzadə ötən gün vəfat edib.

Cəmilə xanım Təbrizin miniatür boyakarlığı, miniatür məktəbinə aid onlarla kitab, yüzlərlə elmi əsər, məqalə yazıb. O, Azərbaycan, rus, fransız, ingilis dillərini mükəmməl bildiyi üçün ən müxtəlif mənbələrdən yararlanıb, araşdırmalarını danılmaz faktlarla əsaslandırıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.