Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İsrailin Moskvadakı səfirinin Rusiya vətəndaşlarının təxliyəsi üçün siyahının razılaşdırılmasının iki həftə çəkə biləcəyi barədə bəyanatından şoka düşüb.
Azpost.info xəbər verir ki, onun fikrincə, belə məntiq qəbuledilməzdir.
“Dünən İsrailin Moskvadakı səfirinin Rusiya siyahılarının razılaşdırılmasının iki həftəyə qədər çəkə biləcəyi barədə bəyanatını eşidəndə həqiqətən şoka düşdük. Bu məntiq, təbii ki, qəbuledilməzdir”, – Zaxarova qeyd edib.
Azpost.info