“İsrail və HƏMAS razılığa gəlmək üzrədir”- “The Washington Post”

İsrail və HƏMAS bəzi girovların azad edilməsi və beş günlük atəşkəs üçün razılığa gəlməyə yaxındır.

Azpost.info xəbər verir ki, bunu yüksək səviyyəli İsrail rəsmisi “The Washington Post”a bildirib.

Onun sözlərinə görə, söhbət oktyabrın 7-də oğurlanmış israilli qadın və uşaqların İsrail həbsxanalarında saxlanılan fələstinli qadın və gənclərlə dəyişdirilməsindən gedir. Ümumilikdə Təl-Əviv 100 qadın və uşağı azad etmək istəyir, lakin HƏMAS indiyədək onlardan 70-ni təhvil verməyə hazır olduğunu bəyan edib.

İsrail həbsxanalarında girovlarla dəyişdirilə bilən azı 120 adam var. Mənbənin dediyinə görə, girov və əsirlərin dəyişdirilməsi beş günə qədər davam edəcək müvəqqəti atəşkəslə müşayiət olunacaq: “Bu barışıq israilli girovların Qəzza zolağından təhlükəsiz şəkildə çıxmasına, beynəlxalq ictimaiyyətə isə anklavın Fələstin əhalisinə yardım göstərməsinə və humanitar böhranı yüngülləşdirməyə imkan verməlidir. Razılaşmanın ümumi konturları bəllidir. Təfərrüatlar yekunlaşarsa, razılaşma bir neçə gün ərzində elan oluna bilər”.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanda əsas kapitala yönəldilmiş vəsait artıb

Sonrakı məqalə

Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının sayı artıb