Türkiyə gömrükçüləri İstanbul hava limanında 568 kiloqram narkotik maddə müsadirə ediblər.
Azpost.info bildirir ki, bu barədə “News Turk” məlumat yayıb.
Qadağan olunmuş yüklər sıx bağlamalara yığılıb və karton qutularda partiyalar şəklində daşınıb.
Rəsmilər hələlik yükün kimlər üçün nəzərdə tutulduğunu açıqlamayıb.