İstanbulda terror törədən qadının həbs olunma anı –VİDEO

Türkiyənin İstanbul şəhərində terror aktı törətməkdə şübhəli bilinən şəxsin tutulma anının videosu yayılıb.

Haberturk.com  xəbər verir ki, terror hadisəsini törətməkdə şübhəli bilinən qadın əlindəki çantanı İstiqlal küçəsindəki skamyalardan birinin üzərinə qoyaraq ərazidən uzaqlaşıb.

O, dünən gecə saatlarında xüsusi əməliyyat nəticəsində həbs edilib. Daha 22 şəxsin saxlanıldığı vurğulanır. (APA)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.