İsveç XİN Azərbaycan və Ermənistan liderlərinin Praqa görüşünün nəticələrini alqışlayıb

İsveçin xarici işlər naziri Ann Linde Praqada Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün nəticələrini alqışlayıb.

İsveç XİN-in rəhbəri, iki ölkə liderləri arasında bu görüşün keçirilməsində Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin səylərini xüsusi qeyd edib.

Əldə olunmuş razılaşmaların vacibliyini vurğulayan xanım Linde deyib ki, sülh razılaşmasına nail olmaq üçün BMT Nizamnaməsinə uyğun olaraq işin irəlilədilməsinə dair hər iki tərəfin üzərinə götürdüyü öhdəliklər Avropa İttifaqı ilə qarşılıqlı fəaliyyətin davam etdirilməsi qədər vacibdir.

Əvvəlki məqalə

Azərbaycanda daha 77 nəfər COVID-19-a yoluxub

Sonrakı məqalə

Bu il 2 tondan çox narkotik qanunsuz dövriyyədən çıxarılıb