İsveçrə rusların 8,8 milyard dollarlıq aktivlərini dondurub

İsveçrə rusların 8,8 milyard dollarlıq maliyyə aktivlərini dondurub.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” ölkə hökumətinə istinadən yazıb.

Bu vəsait Rusiyanın Ukraynadakı hərbi əməliyyatları ilə əlaqədar sanksiyaların bir hissəsi kimi bloklanıb.

Sanksiyalara cavabdeh olan İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi dondurulmuş aktivlərin məbləğinin tənzimlənə biləcəyini bildirib: “Yeni şəxslərin əlavə olunması və ya onların sanksiya siyahısından çıxarılması ilə bağlı dəqiq rəqəm söyləmək çətindir. Daha dəqiq hesablama 2024-cü ilin ikinci rübünün sonunda, İsveçrə banklarının hökumətə hesabat verəcəyi zaman gözlənilir”.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.