“Kərə yağı adı ilə ucuz yağ və piylərdən alınmış qatqı satılır”-EKSPERT ŞƏRHİ

“Oliqarx məmurlar ucuz yağ və piylərdən alınmış qatqını kərə yağı adı ilə əhaliyə baha qiymətə satırlar”.

Azpost.info bildirir ki, bu sözləri kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli bildirib.

Onun sözlərinə görə, 1 kiloqram (82,5 faizlik) kərə yağının istehsalı üçün 23 litr təzə inək südündən (3,6 %-li) istifadə olunur: “Azərbaycan şəraitində kərə yağı istehsalı çox baha başa gəlir. Xammal istehsalı, daşınması, emalı və digər xərclər nəzərə alanda 1 kiloqram əsl kərə yağının bazarda qiyməti ən azı 20-22 manat olmalıdır”.

Ekspertin sözlərinə görə, digər ölkələrdə, xüsusən Yeni Zelandiyada istehsal olunan kərə yağının xərcinin 50 faizini dövlət öz üzərinə götürür, sahibkara dotasiya, subsidiya verir: “Bizim ölkədə süd, yağ istehsalçıları üçün güzəştlər nəzərdə tutulmur. Ona görə də işbazlar ucuz bitki yağlarını, heyvan piyini, marqarini qarışdırıb əldə olunan surraqatı əhaliyə kərə yağı kimi təklif edirlər”.

V.Məhərrəmli bildirib ki, Azərbaycana digər ölkələrdən idxal olunan ucuz kərə yağlarının da keyfiyyəti aşağıdır.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.