Kadırov Moskvaya “cihad maşını” sifariş verdi- Ukraynadakı müharibə üçün

Çeçenistanın sifarişi ilə Bauman adına Moskva Dövlət Texniki Universiteti “cihad maşını” dizayn edəcək. O, daha sonra Çeçenistanda istehsal edilərək işə salınacaq.

Azpost.info xəbər verir ki, bu barədə Çeçenistanın sənaye və energetika naziri Adam Hakimov bildirib.

Onun sözlərinə görə, universitetlə müqavilə Çeçenistan lideri Ramzan Kadırovun Ukraynadakı müharibə üçün yüngül, manevr qabiliyyətinə malik döyüş maşınının yaradılması haqqında sərəncamının icrası çərçivəsində imzalanıb.

“Onlar dizayn sənədlərinin hazırlanmasını öz üzərlərinə götürdülər. Gələcəkdə biz bunu respublikamızda genişləndirəcəyik”, – Hakimov qeyd edib.

Çeçenistanın artıq hərbi maşınların yaradılması təcrübəsi var. Altı il əvvəl burada xüsusi təyinatlılar üçün “Çaborz” (“ayı-canavar”) maşınının kütləvi istehsalına başlanılıb. Maşın çətin əldə edilən ərazilərdə kəşfiyyat və döyüş əməliyyatları aparmaq üçün nəzərdə tutulub. O, beş və ya altı xüsusi təyinatlı əsgər və 800 kq-dan çox yük üçün nəzərdə tutulub, pulemyot və qumbaraatanla təchiz olunub və ona hərbi pilotsuz uçan aparat da yerləşdirilə bilər.

Azpost.info

Əvvəlki məqalə

Bakıda “Prius”la toqquşan “Ferrari”nin sahibi kimdir?

Sonrakı məqalə

Sabaha olan hava proqnozu