Filologiya elmləri doktoru, professor Kamil Vəli Nərimanoğlu vəfat edib.
Bu barədə mərhumun yaxınları sosial mediada məlumat yayıblar.
K. Vəli Nərimanoğlu dekbarın 15-də 77 yaşında dünyasını dəyişib.
Kamil Vəli Nərimanoğlu ürəktutmasından vəfat edib.
O, BDU-nun müəllimi olub. Azərbaycan Baş nazirinin müavini vəzifəsini tutub.
AXCP sədrinin müavini idi.
K.Nərimanoğlu Türkiyədə çalışırdı. Bir müddət əvvəl Azərbaycana gəlmişdi.
Kamil Vəli Nərimanoğlu 18 avqust 1946-cı ildə Cəbrayıl rayonu Cəbrayıl qəsəbəsində anadan olub. 1970-ci ildə BDU-nun Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Kamil Vəli Nərimanoğlunun cənazəsi bu gün saat 13:30da Üzeyir Hacıbəyov 27 ünvanından götürüləcək və Mehdiabad qəbristanlığında dəfn ediləcək.
Allah rəhmet eləsin!