Fevralın 24-dən iyunun 7-dək Kanada hökuməti Rusiyanın 328 milyon dollarlıq aktivlərini dondurub.
Azpost.info xəbər verir ki, bu vəsaitlər Rusiya hesablarında olub və ya sanksiyalara məruz qalan şəxslərin iştirak etdiyi əməliyyatlarda ortaya çıxıb.
Bu barədə Kanada federal polisi məlumat yayıb. “Şəxsi məlumatların mühafizəsi haqqında qanuna görə, hələlik bu rəqəmlər haqqında daha ətraflı məlumat verilə bilməz. Lakin məlumatlar vaxtaşırı yenilənəcək”, – idarədən bildiriblər.
Azpost.info