“Kanadanın SEPAH-ı terror təşkilatı kimi tanıması İranın suverenliyinə hücumdur”- KƏNANİ

Kanadanın SEPAH-ı terror təşkilatları siyahısına əlavə etmək qərarı iyrəncdir.

Azpost.info xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib.

“Kanada hökumətinin İran İslam İnqilabı Keşikçiləri Korpusuna qarşı iyrənc hərəkətləri İran xalqının yaratdığı bu şərəfli təşkilatın qanuni və çəkindirici gücünün gücləndirilməsinə və qüdrətinin artırılmasına heç bir təsir göstərməyəcək. İran bu addıma mütənasib və qarşılıqlı cavab vermək hüququnu özündə saxlayır”, – Kənani deyib.

Onun sözlərinə görə, bu məsuliyyətsiz və təxribat xarakterli qərar Kanada hökumətinin on ildən artıqdır ki, müharibəni qızışdıranların, insan hüquqlarını real pozanların və terrorizmin əsas qurucularının təsiri altında izlədiyi səhv strategiyaya daxil edilib. O, Ottavanın qərarını düşmənçilik və bunu İranın suverenliyinə hücum adlandırıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.