Konqo Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso aprelin 3-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

İki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Əvvəlki məqalə

Əhməd Əhmədovun mediada yayılmış ifadəsi ilə bağlı Baş Prokurorluqdan

Sonrakı məqalə

Elm və təhsil nazirinə yeni müşavir təyin olunub