Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

“Kontakt Home”un əməkdaşı müştərinin evindən oğurluq etdi

Orkhan Ali 19 Fevral 2025 - 14:47 (Last updated: 21 May 2025 - 20:15)
Kontakt Home

Kontakt Home

“Kontakt Home”un əməkdaşı müştərinin evindən oğurluq etdi. Müştərinin evindən oğurluq edən Ağcabədi şəhərindəki “Kontakt Home” mağazasının əməkdaşına hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, İ.H. Ağcabədi şəhərində yerləşən “Kontakt Home” mağazasından evinə kreditlə kondisioner alıb.

“Kontakt Home”un əməkdaşları sözügedən kondisioneri qurlaşdırmaq üçün İ.H.-nin evinə gediblər. Kondisioneri ustalarından biri – 1999-cu il təvəllüdlü rayon sakini R.T. otaqda tək qalıb, bu zaman otaqdakı masanın üstündə qara rəngli cüzdanın olduğunu görüb. O, pulun olub-olmamasını müəyyən etmək üçün cüzdana baxıb. Pul qabının içərisində bir neçə sənəd və xeyli sayda 100 manatlıq pul əskinaslarının olduğunu görüb və onıarı oğurlamaq qərarına gəlib. Pul qabını gizlincə cibinə qoyub evin həyətində olan tualetə girib. Orada pul qabının içərisində olan pulu çıxarıb saymadan cibinə qoyub. Cüzdanı isə içərisində olan sənədlərlə birlikdə tualetə atıb.

Daha sonra heç nə olmamış kimi müştərinin kondisionerini “Kontakt Home”un digər əməkdaşı ilə qurlaşdırıb, evi tərk edib.

Ümumilikdə “Kontakt Home”un müştərisinə 2300 manat məbləğində maddi ziyan dəyib. Həmçinin ev sahibinin hərbi bileti, məcburi köçkün vəsiqəsi və döş nişanına dair vəsiqəsi ayaq yoluna atılmaqla ziyan dəyib.

Aparılan araşdırmadan sonra R.T. saxlanılaraq, barəsində Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib. Məhkəmədə zərərçəkmiş şəxs ona dəyən ziyanın ödənildiyini deyərək, təqsirləndirilən şəxsi bağışladığını bildirib.

Məhkəmənin qərarı ilə R.T. barəsində 1 il 1 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. O, cəza çəkdiyi müddətdə elektron nəzarət qolbağında gəzəcək.

Post navigation

Previous: Təyyarə qəzasında yaralanmış sonuncu şəxs xəstəxanadan buraxılıb
Next: “Mən dövləti Trampa sata bilmərəm…Putin məndən qurtulmaq istəyir” –

Oxşar xəbərlər

Həbs
  • Kriminal

İtkin düşən 3 nəfər tapıldı, dələduzluğa görə axtarılanlar saxlanıldı

User 11 Noyabr 2026 - 10:38
Həbs
  • Kriminal

ADNSU-da 24 il əvvəl törədilən qətlin üstü açıldı – Şübhəli şəxs həbs edildi

User 06 Noyabr 2026 - 14:02
Aptek
  • Kriminal

Sumqayıtda aptekdən 35 min manat oğurlayan şəxs saxlanıldı

User 05 Noyabr 2026 - 16:56

xƏBƏR

budce
  • Sosial

Gələn il böyük sosial paket olacaq – Maaş və pensiyalar nə qədər artacaq?

User 11 Noyabr 2026 - 14:19
Azərbaycanda 2027-ci ildə böyük sosial paketin həyata keçirilməsi nəzərdə tutulur. Bunun üçün dövlət büdcəsində əvvəlcədən ehtiyat vəsait...
Read more about Gələn il böyük sosial paket olacaq – Maaş və pensiyalar nə qədər artacaq?
İlham Əliyev Antalyada COP31-in Liderlər Sammitində – VİDEO ilham cop31
  • Siyasət

İlham Əliyev Antalyada COP31-in Liderlər Sammitində – VİDEO

User 11 Noyabr 2026 - 14:00
COP31-də enerji inqilabı – 2035-ci ilə qədər neft və qazı nə gözləyir? / TƏHLİL cop31
  • Siyasət

COP31-də enerji inqilabı – 2035-ci ilə qədər neft və qazı nə gözləyir? / TƏHLİL

User 11 Noyabr 2026 - 13:53
“Şəhid ailələrinə, müharibə əlillərinə mənzil əvəzinə pul verilsin” – Deputat qudret bey
  • Sosial

“Şəhid ailələrinə, müharibə əlillərinə mənzil əvəzinə pul verilsin” – Deputat

User 11 Noyabr 2026 - 13:11
Əbu-Dabidə Ukrayna üzrə danışıqların ikinci mərhələsi başladı – Masada hansı məsələlər var? rus ukr danisiq abu dabi
  • Dünya

Əbu-Dabidə Ukrayna üzrə danışıqların ikinci mərhələsi başladı – Masada hansı məsələlər var?

User 11 Noyabr 2026 - 12:53
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.