Koronavirusa görə Kann Kino Festivalı ləğv edildi

11 May 2020 - 10:09
epa08307975 (FILE) - French police officers arrive on the red carpet before the Closing Awards Ceremony of the 72nd annual Cannes Film Festival, in Cannes, France, 25 May 2019 (reissued 19 March 2020). According to media reports, the Cannes Film Festival 2020 was cancelled, organizers announced on 19 March 2020, over the spread of the SARS-CoV-2 coronavirus causing the Covid-19 disease. The 73rd annual Cannes International Film Festival was due to take place from 12 to 23 May 2020. EPA-EFE/SEBASTIEN NOGIER

Koronavirus pandemiyası səbəbindən 2020-ci ildə Kann Film Festivalı ənənəvi qaydada keçirilməyəcək.

TASS agentliyi xəbər verir ki, bu barədə Kann Film Festivalının təşkilatçıları məlumat verib.

Təşkilatçılar tədbirin alternativ qaydada keçirilməsi haqqında məsləhətləşmələr aparır. Həmçinin bildirilir ki,  2020-ci ilin sentyabr ayında keçirilməsi gözlənilən Venesiya Film Festivalı ilə 73-cü Kann Film Festivalının birgə baş tutması barədə danışıqlar aparılır.

II Dünya müharibəsindən sonra Kann Film Festivalı üç dəfə – 1948 və 1950-ci illərdə iqtisadi səbəblərə, 1968-ci ildə isə siyasi etirazlara görə ləğv edilib.