Koronavirusa qarşı peyvənd olunanların sayı 390 489 nəfərə çatıb

06 Mart 2021 - 14:20

Martın 5-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı  27 073 nəfər vaksinasiya olunub. 

“Koronavirusonfo.az” xəbər verir ki, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 390 489 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.