Koronavirusa yoluxma hallarının sayı artıb, ölüm faizi azalıb –ÜST

Son bir həftə ərzində 6,9 milyondan çox insan koronavirusa yoluxub, 14,5 mindən çox insan dünyasını dəyişib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülleteninidəki açıqlamaya görə, əvvəlki 7 günlə müqayisədə yoluxma hallarının sayı 3 faiz artıb, ölüm hallarının sayı isə 9 faiz azalıb.

Qərbi Sakit okean regionunda yoluxanların sayında artım (29 faiz) qeydə alınıb. Bununla belə, Afrikada (46 faiz), Şərqi Aralıq dənizində (22 faiz) və Amerikada (22 faiz) yoluxma hallarının sayı nəzərəçarpacaq dərəcədə azalıb. Şərqi Aralıq dənizi (19 faiz) və Qərbi Sakit okean regionunda (4 faiz) ölüm hallarının sayı artıb. Eyni zamanda, Afrikada (73 faiz), Avropada (15 faiz), Amerikada (10 faiz) və Cənub-Şərqi Asiyada (1 faiz) ölüm hallarının sayı azalıb.

Yaponiya bir həftə ərzində ən çox yoluxma halı (1 milyon 496 min 968) barədə məlumat verib. Ondan sonra ABŞ (759 min 806), Koreya Respublikası (713 min 78), Vyetnam (571 min 458) və Türkiyə (406 min 322) yer alıb. Yeddi gündə ən çox ölüm halı (2 min 764) ABŞ-da qeydə alınıb. Daha sonra Braziliya (1445), İtaliya (1059), Yaponiya (1002) və İspaniya (654) qərarlaşıb.

Əvvəlki məqalə

Conni Depp yenidən “Sauvage” ətrinin siması olacaq –

Sonrakı məqalə

Heydər Əliyev Hava Limanında elektrik təchizatı tam bərpa edilib