Çində koronavirusdan ölənlərin sayı artıb. “Report” “CNN Türk”ə istinadən xəbər verir ki, bunu bu ölkənin İstanbuldakı baş konsulu Suy Vey deyib. Onun sözlərinə görə, epidemiyadan ölənlərin sayı 521-ə çatıb, 17 335 nəfərdə isə koronavirus şübhəsi var. Baş konsul 21 558 nəfərin xəstəxanalardan evə buraxıldığını vurğulayıb. Xatırladaq ki, fevralın 3-ü saat 04:00-dək koronavirusdan ölənlərin sayı 361, yoluxanların sayı isə 17 205 nəfər idi.