Koronavirusla bağlı Milli Məclisin yeni deputatları yoxlanılır-Parlamentin qapısına termovizor qurğusu quraşdırılıb

Koronavirus təhlükəsi ilə əlaqədar olaraq bu gün VI çağırış Milli Məclisin deputatları iclasqabağı test yoxlanışından keçiriləcək.

Trend-in məlumatına görə, parlamentin girişində bu məqsədlə termovizor qurğusu quraşdırılıb. Qurğu vasitəsilə Milli Məclisə daxil olan bütün şəxslərin, o cümlədən yeni seçilmiş deputatların hərarəti yoxlanılacaq.

Qeyd edək ki, martın 5-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiq edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

8 mart günü axtarışda olan 24 nəfər saxlanılıb –

Sonrakı məqalə

Neftin qiyməti kəskin ucuzlaşdı, 33 dollara düşdü –