Kremlə yaxın sənətçilər Putinin təşviqatı üçün qastrol səfərinə göndəriləcək

Rusiya Prezident Administrasiyası 2024-cü il seçkiləri üçün hakimiyyətə yaxın sənətçilərin  regionlara qastrol səfərlərini təşkil etməyi planlaşdırır.

Azpost.info xəbər verir ki, bu barədə Kremlə yaxın mənbələrdən “Meduza”ya bildirilib.

Məlumata görə, konsert turu geniş tədbirlər proqramının bir hissəsi olacaq, lakin Putinin özü onlara qatılmağı planlaşdırmır.

Konsertlərdə müxtəlif musiqi janrlarının ifaçıları ilə yanaşı, dövlət teatrlarının artistlərinin də iştirak edəcəyi gözlənilir.

Azpost.info

Əvvəlki məqalə

Bəhreyn İsraillə əlaqələrini kəsdi, səfiri geri çağırdı

Sonrakı məqalə

Nəcməddin Sadıkov açıqlama verdi –