Kruiz gəmisində 41 nəfərdə koronavirus aşkarlandı
Cümə günü Yaponiyanın Yokohama limanında karantinə alınan kruiz gəmisində əlavə bir neçə insanın koronavirus testlərinin cavabları müsbət çıxıb.
Minlərlə sərnişin kayutalarda qapalı halda saxlanılıb. Onların təmiz hava ala bilmək üçün çox qısa müddət ərzində gəminin göyərtəsinə çıxmalarına icazə verilib.
Mayaminin Carnival Corp şirkətinə məxsus "Diamond Princess" kruiz gəmisi Honq Konqda gəmidən ayrılan sərnişinlərdən birinə koronavirus diaqnozu qoyulduqdan sonra iki həftəlik karantinə alınıb. Yaponiyanın səhiyyə naziri Katsunobu Kato bildirib ki, son məlumatlara görə, gəmidə daha 41 nəfərin koronavirusa yoluxduğu təsbit edilib.
Bununla da, gəmidə virusa yoluxanların sayı 61-ə çatıb. Yeni xəstələrin 21 yapondur. Xəstəliyə yoluxanlar gəmidən çıxarılaraq, Tokio və ətraf şəhərlərdəki xəstəxanalara köçürülüb.
Çində koronavirusdan ölənlərin sayı 636 nəfərə çatıb. Təsdqilənmiş yoluxma hallarının sayı isə 31000-i keçib.
Əlaqəli xəbərlər
-
Pezeşkian iranlılara çağırış etdi - “Fikir ayrılıqlarını kənara qoyun”
-
Ermənistan TRIPP sazişini təsdiqlədi - ABŞ 74% paya sahib olacaq
-
"Rusiya TRIPP layihəsini qəbul etmədi" – Ermənistanın keçmiş təhlükəsizlik katibindən açıqlama
-
Çubays Rusiyanın iqtisadi gələcəyini açıqladı - "10 il fəlakət olmayacaq"
Növbəti xəbər yüklənir...