KTMT XİN başçılarının görüşü Almatıda olacaq

KTMT ölkələrinin xarici işlər nazirlərinin növbəti görüşünün vaxtı açıqlanıb.

Azpost.info xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyindən bildirilib.

“KTMT-yə üzv ölkələrin xarici işlər nazirləri iyunun 21-də Almatıda görüş keçirəcəklər. İclasa Qazaxıstan Xarici İşlər Nazirliyinin rəhbəri Murat Nurtleu sədrlik edəcək. İclasda beynəlxalq və regional təhlükəsizliyin aktual məsələlərinin müzakirəsi, o cümlədən Qazaxıstanın KTMT-yə sədrliyi dövründə prioritetlərinin yerinə yetirilməsi üzrə tədbirlərin həyata keçirilməsinin gedişi ilə bağlı müzakirələr aparılacaq”, – məlumatda deyilir.

Azpost.info

Əvvəlki məqalə

Hakan Fidan Azərbaycan xalqını təbrik edib

Sonrakı məqalə

“Süni intellekt sahəsində Azərbaycanı layiqincə təmsil edəcəyimə inanıram”