“Kukla Teatrından başqa digər müəssisələrdə də yoxlamaların aparılması nəzərdə tutulub”- Nazirlik

Mədəniyyət Nazirliyi Kukla Teatrında yoxlamalara davam edir.

Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu cür yoxlamalar digər müəssisələrdə də aparılacaq.

“Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən islahatlar çərçivəsində strukturuna daxil olan və daxil olmayan müəssisələrdə mütəmadi olaraq monitorinqlərin keçirilməsi, yoxlama və araşdırmaların aparılması nəzərdə tutulub”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, mədəniyyət naziri Anar Kərimovun noyabrın 18-də imzaladığı əmrlə Kukla Teatrında yoxlama başlayıb. Yoxlamanın noyabrın 25-də bitəcəyi gözlənilsə də, sonradan müddəti uzadılıb.

Həmçinin bundan öncə nazirlik tərəfindən Mingəçevir Dövlət Dram Teatrında da daxili yoxlama aparılıb və yoxlamanın nəticəsi kimi teatrın direktoru Anar Quliyev vəzifəsindən azad olunub.

Əvvəlki məqalə

“Qərb Kiyevi Moskva ilə danışıqlar masasına oturmağa razı salmalıdır”

Sonrakı məqalə

Prezident Oğuz-Şəki yolunun yenidənqurmadan sonra açılışında iştirak edib