Kürdəmirdə polisdə dindirlən şəxsin halı pisləşdi, xəstəxanada öldü

Kürdəmir rayonunda dələduzluq əməlində şübhəli bilinən şəxs xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan AZƏRTAC-a bildirilib ki, Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə şübhəli bilinən Oktay Əliyev barəsində aparılan cinayət işi ilə əlaqədar rayon polis şöbəsinə dəvət edilib.

Prosessual qanunvericiliyə uyğun olaraq vəkilin iştirakı ilə dindirildikdən sonra saat 21 radələrində onun halı qəfil pisləşdiyi üçün təcili tibbi yardım çağırılıb və həkim müşayiəti ilə xəstəxanaya yerləşdirilib. O, bütün tibbi müdaxilələrə baxmayaraq ürək tutmasından vəfat edib.

Araşdırma aparılır.

Əvvəlki məqalə

Niderland Azərbaycan və Ermənistanı dialoqu bərpa etməyə çağırıb

Sonrakı məqalə

Prezident İlham Əliyev Dünya İqtisadi Forumunun panel iclasında iştirak edib –