“Kurtlar vadisi”nin aktyoru koronavirusdan öldü

Türkiyədə koronavirusa (COVID-19) yoluxmuş aktyor Turxan Qaya vəfat edib.

69 yaşlı sənətçi 10 gün əvvəl öskürək şikayəti ilə xəstəxanaya müraciət edib. Müayinə zamanı onun virusa yoluxduğu müəyyənləşib. Dərhal karantinə alınan aktyor bu gün xəstəxanada vəfat edib.

Qeyd edək ki, indiyədək müxtəlif filmlərdə oynayan T. Qaya ən son “Kurtlar vadisi” serialında “Ordinarus” obrazını canlandırmışdı. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Üzünə tibbi maska taxmış naməlum şəxs adamlara atəş  açıb –

Sonrakı məqalə

Xüsusi karantin rejimini pozan 348 avtomobil saxlanılıb-