Lənkəran rayonunda dəniz sahilində kişi meyiti aşkarlanıb. Martın 18-də “Xəzər Balıq” MMC-yə məxsus “Mirməhəmməd” adlı gəminin matrosu işləmiş rayon sakini, 1960-cı il təvəllüdlü Həsən Həsənovun meyiti şirkətin direktor müavini Azər Əskərov tərəfindən dəniz sahilinin yaxınlığında tapılıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. (report)