Lənkəranda güclü külək səbəbindən elektrik enerjisinin verilişindəki fasilə 1 saat sonra bərpa olunacaq.
Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib. Bildirilib ki, hadisədən dərhal sonra qurum əməkdaşları qəza baş verən əraziyə baş çəkib.
Hazırda birqadalar qəza yerində çalışır. Qarşıdakı 1 saat ərzində elektrik enerjisi təchizatı bərpa ediləcək.
Qeyd edək ki, Lənkəranda güclü külək fəsadlar törədib.
Şəhərin Koroğlu küçəsində irigövdəli ağac Nuranə Əliyevaya məxsus evin üstünə aşıb. Ərazidəki elektirik xətləri qırılıb. Hazırda şəhərin bir neçə hissəsində elektrik enerjisinin verilişi dayanıb.
Güclü külək hələ də davam edir. (APA)