Lənkəranda Şəhid Elməddin Məmmədlinin xatirə bulağının açılışı olub –FOTOLAR

Lənkəranda Vətən Müharibəsi qəhrəmanı, Şəhid Elməddin Məmmədlinin xatirəsinə inşa edilmiş bulağın açılışı olub.
Azpost.info bildirir ki, Velədi kəndində baş tutan mərasimdə Lənkəran icra hakimiyyətinin başçısı Taleh Qaraşov, müharibə qaziləri, kənd sakinləri iştirak edib. Mərasim dövlət himni ilə başlanıb. Şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bulaq kompleksinin açılış lentini İcra başçısı Taleh Qaraşov əziz Şəhidimizin Anar Məmmədovla birgə kəsib. Taleh Qaraşov çıxışı zamanı Vətən müharibəsində lənkəranlı gənclərin xüsusi əzm və cəsarətlə döyüşdüyünü, düşmənin hücumlarının qarşısını mərdlik və qəhrəmanlıqla dəf etdiklərini bildirib.
Daha sonra şəhid atası Anar Məmmədov çıxış edərək övladının xatirəsinin əziz tutulmasına görə rayon rəhbərliyinə və bütün kənd əhalisinə minnətdarlığını ifadə edib. Şəhid atası hər zaman qayğı və diqqət gördüyünü, istənilən məsələnin həlli üçün müraciət etdiyi dövlət qurumlarında hörmət və ehtiramla qarşılandığını bildirib. Bütün bunlara görə isə o, dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə edib.
Mərasimdə Şəhid Elməddin Məmmədliyə dərs demiş Gərmətük qəsəbə orta məktəbinin müəllimi Niyazi İbadov çıxış edərək Elməddin kimi qəhrəmanların sayəsində Qarabağı azad olunduğunu deyib. “Əziz şagirdimlə fəxr edirəm, Şəhidlər daim qəlbimizdə yaşayacaqlar”-deyə o bildirib.
Məktəblilərin ifasında qəhrəmanlarımıza həsr olunan şeirlərin səslənməsindən sonra kənd qəbirstanlığında dəfn olunan şəhidlərimizin məzarı ziyarət edilib, önünə tər çiçəklər düzülüb, cəmi şəhidlərimizin ruhuna dualar oxunub.
Elməddin Məmmədli  ölümündən sonra Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah rəhmət eləsin!
Azpost.info
Əvvəlki məqalə

“İnternetin qiymətini artırmaq düzgün deyil, nazirlik müdaxilə etməlidir” –

Sonrakı məqalə

İran prezidenti Paşinyanla telefonla danışıb