Lerikdəki qəzada xəsarət alanların son vəziyyəti açıqlandı

Lerik rayonunun Günəşli kəndində baş verən qəza ilə bağlı xəsarət alanların müalicəsi TƏBİB-in tabeliyindəki Lənkəran Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

Bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, xəstəxananın Reanimasiya şöbəsində müalicəsi aparılan 8 nəfərdən (7-si qadın, 1-i kişi olmaqla) ikisinin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisə nəticəsində 8 qadın dünyasını dəyişib.

Əvvəlki məqalə

“Əvvələr müəllim işləmişəm…Atalar sözlərini sevirəm… Dili 1 ilə öyrəndim” –

Sonrakı məqalə

Xalq artisti Ənvər Həsənov xəstəxanadan evə buraxılıb