“Məcburi köçkünlərin qayıdışı qarşıda duran əsas prioritetdir” –XİN başçısı

“Bu gün nümayəndə heyəti ilə birlikdə Antalya Diplomatiya Forumunda iştirak edən həmkarlarla, beynəlxalq təşkilatların rəhbərləri və onların müavinləri ilə bir sıra görüşlər keçirdik. Hesab edirəm ki, çox vacib və əhəmiyyətli nəticələr əldə olundu”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalyada jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, fürsətdən istifadə edərək bölgədə baş verən son hadisələr, postmünaqişə dövrü ilə bağlı geniş məlumatların verilməsi imkanı olub.

“Eyni zamanda, görüşlərdə hazırkı mərhələdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərlə bağlı həyata keçirdiyi böyük həcmli bərpa, tikinti işləri barədə məlumat verildi. Bildirildi ki, 30 ilə yaxındır öz torpaqlarından didərgin düşmüş məcburi köçkünlərin geri qayıtması ölkəmiz qarşısında duran əsas prioritetdir”, – deyə XİN başçısı qeyd edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir