Mədəniyyət naziri vəzifəsinin icrası Adil Kərimliyə həvalə edilib

Adil Qabil oğlu Kərimli Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla, Azərbaycan Respublikasının mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Adil Qabil oğlu Kərimliyə həvalə edilib.

 

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Digər sərəncamla Adil Qabil oğlu Kərimli Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad edilib.

 

Əvvəlki məqalə

Anar Kərimov mədəniyyət naziri vəzifəsindən azad edilib –

Sonrakı məqalə

Çin lideri Prezident İlham Əliyevin doğum gününü təbrik edib