Məhkəmə Qubad İbadoğlunu ev dustaqlığına buraxmayıb

Yanvarın 10-da  Bakı Apellyasiya Məhkəməsində iqtisadçı-alim Qubad İbadoğlunun ev dustaqlığına buraxılmasından imtinaya dair vəsatətə baxılıb.

Vəkil Şəhla Hümbətova Turan-a bildirib ki, məhkəmə vəsatəti təmin etməyərək Nərimanov Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Vəsatət ondan ibarət olub ki, İbadoğlunun həbsindən altı ay keçsə də, onunla istintaq hərəkətləri aparılmır.

Ötən il iyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, tanınmış iqtisadçı Qubad İbadoğlunu 3 ay 26 gün müddətinə həbs edib. O, saxta pulların satışında (Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsi), həmçinin 167-3.1 maddə (ekstremizmyönlü materialların saxlanması və yayılması) ilə ittiham olunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.