Məktəbəqədər təhsilin əhatə dairəsi genişlənir- BŞTİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 336 məktəbəqədər təhsil müəssisəsinə 2023-cü ildə 34 995 uşaq cəlb olunub.

Bu barədə BŞTİ-dən məlumat verilib. Bildirilib ki, Bakı şəhəri Hövsan qəsəbəsində (MİDA Yaşayış Kompleksi) 13 və 14 nömrəli uşaq bağçaları istifadəyə verilib. Eyni zamanda, Bakı şəhəri Ramana qəsəbəsində 347 nömrəli uşaq bağçası və Xocasən qəsəbəsində 348 nömrəli uşaq bağçası yaradılıb. Hazırda həmin müəssisələrin fəaliyyətə başlaması üçün zəruri tədbirlər görülür.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.