Mərkəzi Bankın İdarə Heyətinə üzvlər təyin ediləcək

Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinə üzvlər təyin ediləcək.

Bununla bağlı məsələ parlamentin mayın 31-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Layihəyə əsasən, Rəşad Təmraz oğlu Orucov və Əliyar Qəhrəman oğlu Məmmədyarovun AMB-nin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi təklif edilir.

Rəşad Orucov Mərkəzi Bankın Baş direktoru, Əliyar Məmmədyarov isə Mərkəzi Bankın sədrinin müşaviridir.

Əvvəlki məqalə

“Azərbaycan bizim fəxr etdiyimiz ölkədir” –

Sonrakı məqalə

Rusiya Çubaysın Avropadakı gizli hesabları ilə bağlı axtarışa başlayıb –