Məşhur mahnıların müəllifi olan şairədən bəstəkara ittiham –"Dollar qazandı, mənə çörək pulu da vermədi"

Tanınmış şairə Nuridə Atəş xalq artisti, bəstəkar Faiq Sücəddinovu ittiham edib. 

Azpost.info bildirir ki, o, bəstəkarın mahnılarına yazdığı sözlərinə görə, qonorar ödəmədiyini, onu efirə buraxmamaq barədə TV-lərə tapşırıq verdiyini iddia edib.

Nuridə Atəş bildirib ki, xalq artisti, mərhum İlhamə Quliyevanın hit -mahnıları sayılan “Neylərsən”, “Darıxmışam”, “Unuda bilməyəcəksən” mahnılarının sözlərini yazıb.

“1993-cü il Həyat yoldaşım Qarabağda döyüşür. Uşaqlarıma çörək  belə alacaq pulum yox. Xəstə qızıma ölüm hökmü oxunub. Faiq Sucəddinov sözlərimə yazdığı “Neylərsən”, “ Darıxmışam”, “Unuda bilməyəcəksən” mahnıları dollarla İlhamə Quliyevaya və müxtəlif müğənnilərə satır, ölkədə məşhur edir, mənə uşaqlarıma alacaq çörək pulu belə  vermirdi. Bu günə qədər verilişlərə belə məni dəvət etmək istəyən aparıcılara” Nuridəni çağırma” deyir. Üzümə hansı üzlə çıxacaq?  Puldan başqa nə qazandı? “Neylərsən” mahnısının sözləri ilə mən xalqımın ürəyində əbədi taxt qurmadımmı? Kim yıxa biləcək bu taxtı? O qədər açacağım faktlar var ki…“-deyə N.Atəş bildirib.

 

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.