Rusiyanın “Na-Na” qrupunun solisti Vladimir Levkin vəfat edib.
Bu barədə TASS-a 57 yaşlı musiqiçinin həyat yoldaşı məlumat verib.
Sənətçinin ölüm səbəbi hələ açıqlanmayıb.
2000-ci illərin əvvəllərində müğənniyə dördüncü mərhələdə limfa sistemi xərçəngi diaqnozu qoyulmuşdu. Musiqiçi iki sümük iliyi transplantasiyasından, kimyaterapiya kurslarından sağ çıxıb və xəstəliyə qalib gəlib.