Məhkəmə Dağıstan DİN rəbərinin müavini barəsində həbs qərarı verdi

Moskvanın Basmannı məhkəməsi Dağıstan daxili işlər nazirinin müavini Rüfət İsmayılov barəsində həbs qərarı verib.

Azpost.info xəbər verir ki, məhkəmədən nazir müavininin 2024-cü il yanvarın 2-dək həbsdə olacağı bildirilib.

Müdafiəçiləri məhkəmədən onun 5 milyon rubl girov müqabilində azadlığa buraxılmasını istəyib. Lakin vəsatət təmin olunmamış qalıb.

İstintaq Komitəsi İsmayılova qarşı xüsusilə külli miqdarda rüşvət alma maddəsi ilə cinayət işi açıb. İşdə həmçinin Daxili İşlər Nazirliyinin Dağıstan Respublikası üzrə istintaq idarəsinin rəis müavini, polkovnik Dalqat Abdulqapurov da iştirak edir.

Noyabrın 7-də hüquq-mühafizə orqanlarının əməkdaşları Dağıstanın daxili işlər nazirinin müavinini saxlayıblar. İsmayılovun yaşadığı və işlədiyi ünvanda axtarışlar aparılıb. Şübhəli şəxs təqsirsiz olduğunu deyir.

Azpost.info

Əvvəlki məqalə

Prezident İlham Əliyev Füzuli rayonunda Qarğabazar kəndinin təməlini qoyub

Sonrakı məqalə

Səudiyyə Kralı Azərbaycan Prezidentini təbrik edib