“Mərkəzi Bank faizi azaldır, banklarda kredit faizləri artır” –Deputatdan ŞƏRH

“Banklarda bahalı borclanma  yüksək kredit faizlərinə səbəb olur. Kredit faizlərinin yüksəlməsi  isə arzuolunan deyil”.
Azpost.info bildirir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov Mərkəzi Bank uçot faiz dərəcəsini azaldılması ilə bağlı qərarlarını şərh edəkən bildirib.
Onun sözlərinə görə, 2023-cü ilin noyabr ayından başlayaraq Mərkəzi Bank uçot faiz dərəcəsini azaldılması ilə bağlı 2 dəfə qərar qəbul edib. Noyabrın 2-də faiz dərəcəsini 9-dən 8.5 faizə endirən Mərkəz Bank ötən ilin son ayında əlavə 0.5 faizlik azalmaya gedib: “Adətən Mərkəzi Banklar uçot faiz dərəcəsini azaldan zaman depozit və eləcə də kredit faizlərində də enişlər müşahidə edilir. Azərbaycan Mərkəzi Bankın uçot faiz dərəcəsinin azaldılması ilə bağlı qərarlarından sonra əksinə depozit faizlərində artım müşahidə olunmaqdadır. Əvvəllər 5.0-6.0 faiz dərəcəsi ilə depozit qəbul edən sistem əhəmiyyətli banklarda müddətindən asılı olaraq depozit faizləri 8.0-9.5 faiz arasında dəyişir”.
Deputatın sözlərinə görə, depozitlər üzrə ödənilən faiz dərəcələrinin artırılması əmanətçilərin gəlirlərinin çoxalması baxımindan müsbət olsa da bu banklarda daha bahalı borclanma və təbii ki, daha yüksək kredit faizlərinə səbəb olur.
“Kredit faizlərinin yüksəlməsi ehtimalı isə heç bir halda arzuolunan deyil”-deyə V.Bayramov deyib.
Deputat depozit faizlərindəki artımlara Blumberq platformasında banklar arasında milli valyutada bağlanan əqdlərin təsir etdiyini bildirib:“Mərkəzi Bank bankların passiv aktivlərinin bir hissəsini öz notları vasitəsi ilə cəlb edə bildi. Bu da banklarda əlavə vəsaitlərə tələb yaratdı. Bununla belə, banklardan kənarda nağd pulun həcmi də kifayət qədər böyükdür. Kənarda qalan 15 milyard manatlıq nağd pul bankları daha aktiv kampaniyalara sövq edir”.
V. Bayramov deyib ki, Mərkəzi Bankın notları üzrə son faiz dərəcəsində də azalmaq qeydə alınmaqdadır. Lakin Mərkəzi Bankın “faiz azalma siyasəti“ hələlik banklarda “faiz artımı strategiyası” ilə müşahidə olunmaqdadır.
Azpost.info
Əvvəlki məqalə

Deputat Elman Nəsirovun anası vəfat edib

Sonrakı məqalə

34 yaşlı Qabriel Attal Fransanın baş naziri təyin edilib