“Mərkəzi Bank manatı saxlaya bilmədi, 10 milyard dolları itirdik” –İLHAM ƏLİYEV

Prezident İlham Əliyev ölkə telekanallarına müsahibəsində 2015-ci ildə baş vermiş devalvasiyaya toxunub və bunu “məcburi addım” kimi qiymətləndirib. 

Azpost.info bildirir ki, dövlət başç bunu yürüdülən siyasətdə insanların güzəranına mənfi təsir edən istisna hal adlandırıb.

“Azərbaycanda biz elə siyasət aparırıq ki, sosial sahə daim diqqət mərkəzində olsun və köklü iqtisadi islahatlar insanların güzəranına mənfi təsir göstərməsin. Düzdür, istisnalar olub. Bildiyiniz kimi, bir neçə il bundan əvvəl biz çox ağır bir addımın atılmasına məcbur idik. Manatın qiymətdən düşməsi insanların rifah halına mənfi təsir göstərmişdi. Amma o addımı biz mütləq atmalı idik. Çünki əgər biz o addımı atmasaydıq, bütün valyuta ehtiyatlarımızı xərcləyə bilərdik. Onsuz da bu addımın gecikməsi ona gətirib çıxardı ki, Mərkəzi Bankın valyuta ehtiyatları böyük dərəcədə tükənmişdi. Təqribən 10 milyard dollar vəsait manatın sabit saxlanmasına istifadə edilmişdi. Nəticə etibarilə Mərkəzi Bank manatı sabit saxlaya bilmədi və biz 10 milyard dollar valyutanı itirdik. Yəni, belə hallar olub. Amma mənim prezidentlik dövrümdə mən tək bu halı yada sala bilərəm”-deyə prezident vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyevin Azərbaycan telekanallarına MÜSAHİBƏSİ-

Sonrakı məqalə

“Çörəyin qiymətini süni şəkildə əvvəlki səviyyədə saxlaya bilməzdik”-