Mərkəzi Kəşfiyyat İdarəsi Azərbaycanda əhali artımı ilə bağlı nəyi üzə çıxarıb? –SİYAHI

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) müxtəlif ölkələrdə əhalinin artım templərini müqayisə edib.

Azpost.info bildirir ki, məlumatlar doğum nisbətinin ölüm nisbəti ilə müqayisədə artması (və ya azalması) nəticəsində əhalinin sayının orta illik faiz dəyişikliklərinin və ölkəyə daxil olan və ölkədən gedən miqrantların balansının müqayisəsinə əsaslanır.

Azərbaycan siyahıda 156-cı yerdədir.  (artım 0,43%)

Ermənistan siyahıda 217-ci yerdədir. MKİ-nin məlumatına görə, Ermənistanda əhalinin artım tempi 0,42% azalıb.

Gürcüstan – 222-ci yer (0,5% azalma),

Rusiya – 221-ci yer (0,49% azalma),

Türkiyə – 139-cu yer (0,61% artım),

İran – 104-cü yer (artım 0,88%).

Reytinqdə əhalinin artım tempinin 4,65% olduğu Cənubi Sudan başçılıq edir.

Sonrakı yerləri Niger – 3,66%, Anqola – 3,33%, Benin – 3,29% təşkil edir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.