Məşhur aktyor Mikki Rurk Latviyadan çıxa bilmir

Amerikalı aktyor, ssenarist Mikki Rurk koronavirus pandemiyası ilə əlaqədar Latviyanı tərk edə bilmir.

“Sputnik” agentliyi xəbər verir ki, aktyor Latviyanın paytaxtı Riqaya hərbi mövzulu mistik filmdə rol almaq məqsədilə gəlib.

Özünün “Instagram” səhifəsində gəzintiyə çıxdığı Riqa şəhərinin görüntülərini paylaşan aktyor izləyiciləri tərəfindən təhlükəsizlik qaydalarını pozduğuna görə sosial məsuliyyətsizlikdə ittiham olunub.

İctimai qınağa tuş gələn aktyor sosial şəbəkə hesabında dərc etdiyi fotoları silməyə məcbur olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qeydiyyatsız avtomobillərin ölkədə qalma müddəti dəyişdirildi –

Sonrakı məqalə

“Azərbaycanda yeddi min nəfər koronavirus testindən keçirilib” –