Məşhur sovet bəstəkarı Gennadi Qladkov vəfat edib

Məşhur sovet bəstəkarı Gennadi Qladkov 89 yaşında vəfat edib.

Azpost.info bildirir ki, bu barədə “Mash” teleqram kanalı  xəbər verir.

Portalın məlumatına görə, musiqiçi Moskvadakı evində dünyasını dəyişib. Köməkçisinin sözlərinə görə, ölüm səbəbi bəstəkarın yaşı olub.

Qladkov “Uğur centlemenləri”, “12 stul”, “Adi bir möcüzə”, “Mavi küçük” və digər filmlərə musiqi yazmaqla geniş şöhrət qazanıb. O, SSRİ-də populyar olan “Bremen musiqiçiləri” və “Bremen musiqiçilərinin izi ilə” cizgi filmlərinin mahnılarının müəllifi olub..

Əvvəlki məqalə

“Alyonka”, “Ptiçye moloko”, “Babayevski”…

Sonrakı məqalə

Dövriyyələrin artması ƏDV ödəyicilərinin sayına təsir edir?