Məzahir Pənahov yenidən MSK sədri seçilib –Müavinlər və katiblər məlum oldu

Mərkəzi Seçki Komissiyasının sədri müəyyənləşib.

MSK-nın bu gün yeni tərkibdə keçirilən ilk iclasında Məzahir Pənahov yenidən qurumun sədri seçilib.

Mərkəzi Seçki Komissiyasının sədr müavini də müəyyənləşib. Rövzət Qasımov qurumun sədr müavini seçilib. Qeyd edək ki, bundan əvvəl də Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov olub.

MSK-nın bu gün yeni tərkibdə keçirilən ilk iclasında Mikayıl Rəhimov və Arifə Muxtarova qurumun katibi seçiliblər. Qeyd edək ki, bundan öncə də Mikayıl Rəhimov və Arifə Muxtarova qurumun katibi olublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlham Əliyev və Mehriban Əliyeva Zəngilan məscidinin divarına daş hörüblər –

Sonrakı məqalə

Xalq artisti Hüseynağa Sadıqovun qızı barəsində cinayət işi başlanılıb –