Madonna koronavirusun dərmanının tapılması üçün 1 milyon dollar verdi

07 Aprel 2020 - 10:31

Məşhur amerikalı müğənni Madonna koronavirusla mübarizəyə qoşulub.

61 yaşlı ifaçı virusun qarşısını almaq üçün dərman axtarışı ilə məşğul olan “Bill & Melinda Gates Foundation” fonduna 1 milyon dollar bağışlayıb.

Madonna eyni zamanda infeksiya ilə mübarizə aparan tibb işçilərinə və alimlərə minnətdarlığını bildirib.