Fələstin prezidenti Mahmud Abbas Moskvaya səfər edib.
TASS-ın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, səfər çərçivəsində o avqustun 13-də Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.
Müzakirələrin əsas mövzusunu ikitərəfli münasibətlər, eləcə də Qəzza sektorundakı vəziyyət təşkil edəcək.