“Makron Cənubi Qafqaz üçün yeni Qorbaçovdur” –İqbal Ağazadə milli birliyə çağırdı

“Fransa bütün gücü ilə Cənubi Qafqazda sabitliyin pozulmasına çalışır. 1988-ci illərdə SSRİ rəhbərliyinin oynadığı rolu, bu gün Fransa hökuməti əvəzləyib. Makron Cənubi Qafqaz üçün yeni Qorbaçovdur”.
Azpost.info bildirir ki, bu sözləri Ümid Partiyasının sədri İqbal Ağazadə öz paylaşımında bildirib.
Onun sözlərinə görə, o zaman da guya Qarabağda yaşayan ermənilərin aclıq çəkdiyi barədə həşir qaldırılmışdı. O vaxtkı DQMV – da iqtisadi vəziyyətin ağırlığı bəhanəsilə ərazinin dirçəldilməsi üçün 40 milyon rubl vəsait ayrıldı.
“İndi humanitar fəlakət adlı oyuna dövrümüzün Qorbaçovu Makron başçılıq edir. Ona Nobel mükafatı verən olmayacaq, lakin Azərbaycanı yenidən işğalla üz-üzə qoymağa da biz imkan verməyəcəyik.Stop Fransa!!!
Hər kəsi sosial şəbəkədə “Stop Fransa” adlı kütləvi etiraza çağırıram”- deyə İ.Ağazadə bəyan edib.
Partiya sədrinin sözlərinə görə, Fransa Azərbaycanın Qarabağ ərazisində yaşayan ermənilərə yardım etmək istəyirsə Gürcüstandan birbaşa Azərbaycana keçin, “Qırmızı Körpü” qapısı açıqdır.
“İndi milli birlik 44 günlük savaş dönəmindəki qədər vacibdir. Hər kəs milli mövqeyini və həmrəyliyini nümayiş etdirməlidir. Nə pozulan haqq və hüquqlar, nə demokratik cəmiyyət quruculuğu yolundakı problemlər milli birliyə mane olmamalıdır. Kimsə bu bəhanə ilə düşmən dəyirmanına su tökməsin”-deyə İ.Ağazadə bildirib.
Azpost.info
Əvvəlki məqalə

Ombudsman I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı hesabat hazırlayıb

Sonrakı məqalə

Bakıdan Xankəndiyə göndərilən unun sertifikatı sülhməramlılara təqdim edilib